Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan ATƏT-in Minsk Qrupu həmsədrləri ilə Cenevrədə görüşüb.
APA-nın xəbərinə görə, bu barədə Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan "Twitter" səhifəsində qeyd edib.
Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edib.
Qeyd edək ki, bu gün Cenevrədə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü keçiriləcək.