Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində analoqu olmayan hal qeydə alınıb.
APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib. MSK sədri deyib ki, beynəlxalq müşahidəçilərlə bağlı çoğrafi baxımdan analoqu olmayan vəziyyət yaranıb: “Ölkələrin böyük əksəriyyəti öz müşahidəçilərini Azərbaycana göndərir”.