https://525.az/img/pics/medium/2024-03/308277_bixbhlvc2s.jpg Jurnalistika - "tələsik yaradılan ədəbiyyat" - Gülay Tahirli yazır
https://525.az/img/pics/medium/2024-02/303253_0421emrqww.jpg Nəsillər arasındakı anlaşılmazlıq: təkrarlanan "çatlar"
https://525.az/img/pics/medium/2024-03/308269_0pagv71pno.jpg AMEA-da Elm Günü qeyd olunub
https://525.az/img/pics/medium/2024-03/308264_kym7092gvt.jpg “525-ci qəzet”in 29 mart sayında nələr var? - ANONS
search
29 Mart 2024

"Mütəxəssislərin fikri AFFA üçün maraqlı deyil"

"Mütəxəssislərin fikri AFFA üçün maraqlı deyil"

"Bilirəm ki, bugünkü rəqibimiz sabit bir komandadır, fiziki cəhətdən güclüdürlər. Texnikalı oyun nümayiş etdirmirlər. Sırf güc futboluna üstünlük verirlər".

Qol.Az saytına açıqlamasında bu sözləri "Xəzər Lənkəran" klubunun sabiq baş məşqçisi Yunis Hüseynov yığma komandamızın bu gün Estoniyaya qarşı keçirəcəyi yoldaşlıq oyunu haqda danışarkən deyib.

Uzun illər milli komandamızın şərəfini qorumuş veteran futbolçu rəqibin güclü olduğunu, ancaq milli komandamızdan üstün olmadığını bildirib:

"Estonlar əsasən əks-hücumlara bel bağlayırlar. Onların Türkiyə ilə oyununu izləmişəm. Bugünkü matçda hansı taktika ilə oynayacaqların deyə bilmərəm. Komandamıza uğular arzu edirəm. Məncə, Estoniyaya qalib gələ bilərik. Rəqibin son seçmə mərhələdə Hollandiya ilə heç-heçə etməsi heç də onların çox güclü olmağından və bizi üstələyəcəklərindən xəbər vermir. Biz də Portuqaliya və Rusiya milliləri ilə heç-heçə etmişik. Futbolda hər bir hesab qeydə alınır. Qorxmaq lazım deyil, oynamaq lazımdır".

Y.Hüseynov yığmamızın noyabrın 19-da Qırğızıstana qarşı keçirəcəyi yoldaşlıq oyunu haqda danışıb. Qeyd edib ki, belə komanda ilə oynamağın bizim üçün heç bir faydası yoxdur: "Qırğızıstan haqda heç nə danışa bilmərəm. Bu rəqiblə qarşılaşmaqdansa, ikitərəfli oyun keçirsək, daha yaxşı olardı. Düzdü, səviyyəli komandalar Azərbaycanla oynamaq istəmir, ancaq ortabab komandalarla qarşılaşmaq olardı. Yəqin başqa seçimimiz olmayıb. Ancaq Qırğısıztanı seçməkdənsə, seçməmək daha yaxşı olardı".

Y.Hüseynov "milli komandamızla müqaviləsi başa çatmaqda olan Berti Foqts vəzifəsində qalsın, yoxsa getsin" sualını da cavablandırıb: "Foqtsun getməyi və ya qalmağı mənim üçün maraqlı deyil. Ancaq  deyirəm ki, Foqts qalacaq. Son oyunların nəticəsi də onun millimizdəki taleyinə təsir etməyəcək. Əvvəllər Foqts haqda çox danışsam da, xeyri olmayıb. Mütəxəssislərin fikri AFFA üçün maraqlı deyil. Yunis Hüseynovun nəsə deməyinin heç bir təsiri yoxdur. Məncə, AFFA Foqtsun işindən razıdır və o, öz vəzifəsində qalacaq".

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.