https://525.az/img/pics/medium/2024-04/310754_tgxwmplimu.jpg Bakıda taxta bazarı yanır, əraziyə polislər cəlb olunub - YENİLƏNİB-3
https://525.az/img/pics/medium/2024-04/310725_mwhj16sh30.jpg Ekoloji sağlamlıq ölkəmizdə dövlət siyasəti prioritetidir
https://525.az/img/pics/medium/2024-04/310717_1fivjqvlxn.jpeg Sabiq səfir həqiqətləri açıqlayır
https://525.az/img/pics/medium/2024-04/310692_5abc7kdlc5.jpg “525-ci qəzet”in 20 aprel sayında nələr var? - ANONS
search
20 Aprel 2024
19 Aprel 2024

Azərbaycan Şahmat Federasiyasının prezidenti Avropa çempionlarını qəbul edib - FOTO

Azərbaycan Şahmat Federasiyasının prezidenti Avropa çempionlarını qəbul edib - FOTO

Bu gün Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Elman Rüstəmov Polşanın paytaxtı Varşava keçirilmiş Avropa çempionatında qızıl medal qazanmış kişilərdən ibarət yığmanın üzvlərini qəbul edib.

Apasport.az saytının məlumatına görə, qurum rəhbəri öncə millini böyük qələbə münasibətilə təbrik edib.
 
O bildirib ki, komandamız olduqca uğurla çıxış edərək, qitə çempionatında ardıcıl 4-cü medalı qazanıb: “Son 6 ildə 2 dəfə Avropa çempionu olmuşuq. Aparılan böyük quruculuq işləri, idmanın, o cümlədən şahmatın inkişafına böyük diqqət göstərilib. Bunun təməli isə ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi dövrdən qoyulub. Onun Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Vüqar Həşimov və Rauf Məmmədovla məşhur şəkli var. Onlar da bu gün Avropa çempionu olublar. Azərbaycan prezidenti İlham Əliyev hər bir növdə qazanılan qələbəyə sevindiyimizi, amma şahmatdakı uğurun daha böyük əhəmiyyət kəsb etdiyini bildirib. Çünki bu, xalqımızın böyük potensialından, intellektual səviyyəsindən xəbər verir”.
 
Rüstəmov 2013-cü il şahmatçılarımız üçün müvəffəqiyyətli il kimi dəyərləndirib. O, Şəhriyar Məmmədyarovun dünya çempionu olmasını və iddiaçılar turnirində iştirak hüququ qazanmasını yüksək qiymətləndirib: “Gənc şahmatçılarımız da uğurla çıxış edirlər. Biz bölgələrdə şahmatın inkişafına nail olmağa çalışırıq. Qusardakı respublika Olimpiadasında 530-dan çox şahmatçımız iştirak edib. Bu, bizim arxa cəbhəmizdir”.
 
AŞF prezidenti Polşada qazanılan qızıl medalda millimizin hər bir üzvünün böyük pay sahibi olduğu vurğulayıb: “Qələbənin əsas müəllifi sizsiniz. Bir neçə həftə öncə də burada görüşdük və sizə uğurlar arzuladım, tövsiyələrimi verdim. Stabil, mübariz oyun göstərdiniz. Hər birinizin bu qələbədə payı var. Bütün xalqımız bu qələbəyə sevinir”.
 
AŞF-in vitse-prezidenti Mahir Məmmədov da Avropa çempionluğunu yüksək qiymətləndirərək, Varşavada inamlı çıxışdan söz açıb. Onun sözlərinə görə, turnirin gedişi göstərib ki, komandada işlər düzgün qurulub: “Həm kapitan seçimi, həm də əhval ruhiyyə elə təəssürat yaradırdı ki, komandamız heç kimə uduzmayacaq. Sanki uşaqlarda bir arxayınlıq var idi. Yüksək peşəkarlıq nümayiş etdirdilər. Hiss olunurdu ki, gözə çarpmayan və arsenalda olan resurslar var. İstənilən vaxt işə salına bilər. Məncə, 8-ci tur həlledici tur oldu. Püşkatmanı da uğurlu saymaq olar. Uşaqların hamısı çox gözəl oynadılar. Teymur Rəcəbovu çıxmaqla, hamısı bir dəfədən çox məğlub olmadılar”.
 
Məmmədov bildirib ki, lövhələr üzrə seçim də düzgün olub: “Uğur güclünü sevir. Arzu edirəm ki, bu əhval-ruhiyyə, bu heyət, bu əzmkarlıq Olimpiada üçün saxlanılsın”.
 
AŞF-in digər vitse-prezidenti Faiq Həsənov son turun həyəcanından danışıb. O bildirib ki, Rusiya və Fransa görüşünün nəticəsi bilinəndən sonra Ermənistan millisi ilə heç-heçə də çempionluğa kifayət edib: “30-cu mərtəbə ilə 1-ci mərtəbə arasında qalxıb-düşürdük. Hər şey Rusiyanın Fransa ilə oyunundan asılı idi. Teymur Rəcəbov ehtiyat qüvvə kimi dayanmışdı. Komandamızın əhval-ruhiyyəsi, birgə hazırlığı yüksək səviyyədə idi. Kapitanla birgə razılığa gələrək, oyuna çıxırdılar. Rusiya qalib gəldikdən sonra, Ermənistanla heç-heçə də çempion olmağımıza yetərli idi və biz buna oynadıq”.
 
Qeyd edək ki, qəbuldan öncə millimiz mərhum prezident Heydər Əliyevin abidəsinin önünə gül-çiçək dəstələri qoyublar.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.