Suriya ilə əlaqədar qərarın Türkiyə Böyük Millət Məclisində qəbul edilməsindən sonra zəruri addımlar atılıb.
525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hökumətin İdarə Heyətinə göndərdiyi “Yüksək hazırlıq Təlimatları”nın əsas müddəaları açıqlanıb. Bu qərara əsasən 60 tank sərhəddə yerləşdirilib.Türkiyə baş verə biləcək terrorun qarşısını almaq məqsədi ilə zəruri planlar hazırlayır.
Rəsmi Ankara sərhəd boyunca ən azı 250 tankın yerləşdiriləcəyini bəyan edib. Qeyd edək ki, Diyarbəkir və Malatyanın əsas hərbi təyyarələri də daxil olmaqla ümumilikdə 55 təyyarə hazır duruma gətirilib.
Nigar Məhərrəm