https://525.az/img/pics/medium/2024-04/310692_5abc7kdlc5.jpg “525-ci qəzet”in 20 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2022-11/246659_5sdxtromrh.jpg Millətə xidmətin dəyərli nümunəsi: Abdulla Şaiqin "Türk çələngi"
https://525.az/img/pics/medium/2024-04/310544_k4ade02sjo.jpg Estetik əməliyyatlara maraq niyə artır?
https://525.az/img/pics/medium/2024-04/310611_o7476wf05i.jpg “O şəxslər himayədar ailə ola bilməzlər ki...”
search
20 Aprel 2024
19 Aprel 2024

Dünya çempionatının iştirak edəcək 30 komanda bəlli oldu

Dünya çempionatının iştirak edəcək 30 komanda bəlli oldu

Ötən gün baş tutan pley-off oyunlarından sonra Braziliyada keçiriləcək dünya çempionatına gedəcək daha 6 komandanın adına aydınlıq gəlib.

Qol.Az-ın məlumatına görə, Avropa zonasından son 4, Afrika qitəsindən isə daha iki yığma mundiala vəsiqə qazanıb.

Bununla da, dünya çempionatında iştirak edəcək komandaların sayı 30-a yüksəlib. Son iki vəsiqənin sahibinə bu gecə keçiriləcək Yeni Zellandiya - Meksika (İlk oyun - 1:5) və Uruqvay - İordaniya (İlk oyun - 5:0) qarşılaşmalarından sonra aydınlıq gələcək.

Ümumilikdə isə Avropa zonasından 13, Cənubi Amerikadan 6, Şimali Amerikadan 2, Asiya qitəsindən 4 komanda, Afrikadan isə 5 yığma komanda dünya çempionatında iştirak etmək hüququ qazanıb.

Avropa: İspaniya, Almaniya, İtaliya, Hollandiya, İngiltərə, Belçika, İsveçrə, Rusiya, Bosniya və Hersoqovina, Portuqaliya, Fransa, Yunanıstan və Xorvatiya.

Cənubi Amerika: Braziliya, Argentina, Kolumbiya, Çili, Honduras, Ekvador. 

Şimali Amerika: ABŞ və Kosta-Rika.

Asiya: Yaponiya, Cənubi Koreya, Avstraliya və İran.

Afrika: Kamerun, Nigeriya, Fil Dişi Sahili, Qana və Əlcəzair. 

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.