https://525.az/img/pics/medium/2024-03/308239_xq8r14gjca.jpg DTX - təhlükəsizliyimizin keşikçisi və qürur yerimiz 
https://525.az/img/pics/medium/2024-03/308180_5psm62z4op.jpg Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
https://525.az/img/pics/medium/2023-01/254306_1w7hj89oq4.jpg DAİM GƏLƏCƏKDƏ OLA BİLMƏYİN SADƏ SƏBƏBİ - Rafael Hüseynov yazır
https://525.az/img/pics/medium/2024-03/308156_e5ws8ge6gq.jpg Qohum evliliklər
search
28 Mart 2024
27 Mart 2024

Azad Rəhimov: “Avropa çempionatının 4 oyununun Bakıda keçirilməsi böyük sınaqdır”

Azad Rəhimov: “Avropa çempionatının 4 oyununun Bakıda keçirilməsi böyük sınaqdır”

“Böyük miqyaslı idman yarışları ölkəyə 3 istiqamətdə xeyir verə bilər: kadr potensialı, infrastruktur və turizm”.

Apasport.az saytının məlumatına görə, bunu Bakı Konqres Mərkəzində "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları" adlı beynəlxalq konfransdakı çıxışında gənclər və idman naziri Azad Rəhimov deyib.

O bildirib ki, son illər ölkəmizdə təşkil edilən beynəlxalq idman yarışları turist axınına səbəb olub: “Azərbaycana gələn turistlərin sayı 3 milyondan artıqdır. Sözsüz deyə bilərik ki, bunda “Formula-1”in böyük payı var. 2015-ci ildə I Avropa Oyunları, 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadası, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, 2019-cu ildə Avropa Liqasının final oyunu, Avropa Olimpiya Gənclər Festivalı və "Formula-1" üzrə Azərbaycan Qran-prisi Bakıya, ölkəmizə böyük şərəf gətiriblər. Paytaxtımız və Azərbaycan bu gün dünyada tanınır. Düşünürəm ki, idman tədbirlərinin də bunda böyük rolu var”.

Son 10 ildə Azərbaycanın dünya səviyyəli yarışlar keçirdiyini xatırladan nazir futbol üzrə Avropa çempionatının 4 oyununun Bakıda keçirilməsini böyük sınaq adlandırıb: “Azərbaycana böyük turist kütləsinin gəlməsi gözlənilir. Böyük infrastruktur, nəqliyyat, təhlükəsizlik məsələləri də ön planladır. Həm AFFA, həm Təşkilat Komitəsi, həm də Gənclər və İdman Nazirliyi birgə çalışır. İnanırıq ki, oyunları çox böyük nailiyyətlə keçirəcəyik”.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.