https://525.az/img/pics/medium/2024-04/310578_my8e7ua1yj.jpg “525-ci qəzet”in 19 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/310396_jz446ev36m.jpg Naxçıvanın elmi, ədəbi və mədəni mühiti: aktuallığını itirməyən tədqiqat obyekti
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2024-04/310474_5r5gk77yic.jpg Zəngəzur xatirələri və ya Naxçıvanda qorunan dəyərli irs
search
19 Aprel 2024
18 Aprel 2024

Dünya çempionatının ən zəif 10 komandası

Dünya çempionatının ən zəif 10 komandası

Gələn il Braziliyada keçiriləcək dünya çempionatına vəsiqə qazanan 31 komanda sırasında nisbətən zəif yığmalar da diqqət çəkir.

Qol.Az-ın məlumatına görə, mundial iştirakçılarından 10 ən zəif komandanın siyahısı müəyyənləşib. 

Siyahıda Meksika, Yaponiya, Cənubi Koreya və Kamerun kimi komandalar var. Həmin komandalar məhz FİFA-nın reytinqinə əsasən "ən zəiflər" sırasına daxil ediliblər.

 

1. Meksika: Komanda pley-off mərhələsində Yeni Zellandiyanı məğlub edərək dünya çempionatına vəsiqə qazandı. Ancaq Meksikanın seçmə mərhələdəki zəif çıxışı onları FİFA reytinqində 24-cü pilləyə qədər geri saldı.

2. Kosta-Rika: Bu komanda da Meksika kimi Amerika zonasından dünya çempionatına vəsiqəni təmin etdi. Lakin Meksika millisindən fərqli olaraq Kosta-Rika yığması mundiala pley-off-dan deyil, birbaşa vəsiqə qazandı ki, bu da onların FİFA reytinqində irəliləməsinə gətirib çıxardı. 
 
3. Əlcəzair: Afrika təmsilçisi ilk öncə qrup mərhələsini uğurla başa vurdu. Ardından pley-off mərhələsində Burkina Fasonu səfər qolu hesabına üstələyən Əlcəzair dünya çempionatında iştirak etmək hüququ əldə etdi.

4. Nigeriya: Bu yığma son Afrika çempionu olsa da, qitənin ən yaxşıları siyahısında deyil. Bununla belə, pley-off mərhələsində Efiopiyanı məğlub edən Nigeriya yığması Braziliyada keçiriləcək dünya çempionatına vəsiqə qazanıb.

5. Honduras: KONKAKAF zonasından dünya çempionatına birbaşa vəsiqə qazanan nadir komandalardan biridir.

6. Yaponiya: Asiyanın ən güclü və maraqlı komandasıdır.

7. İran: 20 ildən sonra yenidən problemsiz dünya çempionatına yollanır.

8. Cənubi Koreya: Çoxları dünya çempionatını Cənubi Koreyasız təsəvvür edə bilmir. Asiya təmsilçisi 1986-cı ildən bəri bütün mundiallarda iştirak edib. 
 
9. Avstraliya: Hazırki reytinq Avstraliya millisinin çətin günlər keçirdiyini göstərir. Lakin Asiya Futbol Federasiyası bu yığmanın dünya çempionatına yollanması şərtlərini sadələşdirib.

10. Kamerun: Dünya çempionatının iştirakçıları arasında FİFA reytinqində ən zəif komandadır.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.