https://525.az/img/pics/medium/2024-03/308276_6v9cixp5v4.jpg İnsan olmağın tək yolu
https://525.az/img/pics/medium/2024-03/308267_f619kgr6f3.jpg Doğma Dərələyəz
https://525.az/img/pics/medium/2023-12/297354_8fkpzc5rao.jpg Şeytana qarşı - Əlisəfdər Hüseynov (I yazı)
https://525.az/img/pics/medium/2024-03/308277_bixbhlvc2s.jpg Jurnalistika - "tələsik yaradılan ədəbiyyat" - Gülay Tahirli yazır
search
29 Mart 2024

Dünya çempionatında sonuncu dəfə oynayacaq ulduz futbolçular

Dünya çempionatında sonuncu dəfə oynayacaq ulduz futbolçular

Gələn il Braziliyada keçiriləcək dünya çempionatı futbolçu karyerasının başa vurmağa hazırlaşan bir sıra ulduz oyunçu üçün sonuncu mundial olacaq.
 
Qol.Az-ın məlumatına görə, sonuncu dəfə dünya çempionatı həyəcanı yaşayacaq futbolçular müəyyənləşib.

Bu futbolçular sırasında Didye Droqba, Françesko Totti, Xabi Alonso, Fərnk Lempard, Andrea Pirlo və Miroslav Kloze kimi məşhur oyunçular var.




Dünya çempionatında sonuncu dəfə oynayacaq futbolçular:

Didye Droqba - Fil Dişi Sahili millisində forma geyən 35 yaşlı oyunçu çox güman ki, 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatında iştirak etməyəcək. Hücumçunun özü də son verdiyi açıqlamasında bu barədə məlumat verib.

Françesko Totti - İtaliya millisinin futbolçusunun gələn il Braziliyada baş tutacaq dünya çempionatında iştirak edib-etməyəcəyi hələlik məlum deyil. Ancaq böyük ehtimalla bu turnir onun üçün son dünya çempionatı olacaq.

Xabi Alonso - İspaniya millisinin təcrübəli yarımmüdafiəçisinin 32 yaşı var. "DÇ-2014"də forma geyəcəyi gözlənilən oyunçunun növbəti mundialda 36 yaşlı olacaq. Bu səbəbdən onun 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatında iştirak şansının az olduğu göstərilir.

Andrea Pirlo - İtaliya millisinin əfsanəvi futbolçusu olan A.Pirlo daha öncə verdiyi açıqlamalarında "DÇ-2014"dən sonra millidəki karyerasını başa vuracağını açıqlayıb.

Erik Abidal - Hazırda 35 yaşı olan E.Abidal da "DÇ-2018"i yalnız izləməklə kifayətlənəcək. Belə ki, daha öncə xərçəng xəstəliyindən əziyyət çəkən futbolçunun növbəti mundialda iştirakı mümkünsüz görünür.

Fərid Mondraqon - 43 yaşında Braziliyada təşkil olunacaq dünya çempionatında iştirak edəcək Kolumbiya millisinin qapıçısı üçün bu, son mundial olacaq.

Frənk Lempard - "DÇ-2014"də 36 yaşını qeyd etmiş olacaq Lempard da Rusiyada təşkil olunacaq mundialda iştirak etməyəcək.

Xavi Hernadez - "Barselona" və İspaniya millisinin ən önəmli futbolçularından olan Xavinin hazırda 33 yaşı var. Onun karyerasını nə vaxta qədər davam etdirəcəyi bilinməsə də, yarımmüdafiəçinin 2018-ci ildə baş tutacaq dünya çempionatda iştirak etməyəcəyi gözlənilir.

Miroslav Kloze - Almaniya futbolunun aparıcı oyunçularından olan Kloze də sonuncu dəfə 2014-cü ildə dünya çempionatında forma geyinəcək.

Dirk Kuyt - "Fənərbaxça" klubu və Hollandiya yığmasının şərəfini qoruyan Kuyt da növbəti dünya çempionatında iştirak etməyəcək futbolçulardan biridir.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.