Ümumilikdə 30 dövlət orqanında 136 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ötən il noyabrın 5-də elan olunmuş müsabiqə üzrə müsahibə davam edir.
AZƏRTAC DİM-in fevralın 13-ü saat 12:10-a olan göstəricilərinə əsasən xəbər verir ki, müsahibədə indiyədək 48 nəfər uğur qazanıb. Onlardan 17-si Maliyyə Nazirliyində, 11-i Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində, yerdə qalanlar isə digər qurumlarda müxtəlif vəzifələrə uyğun bilinib.
Xatırladaq ki, müsahibədə iştirak etmək üçün 855 nəfər sənəd verib. Müsahibə fevralın 28-də başa çatacaq.