Macarıstan KİV-ləri Azərbaycan nümayəndə heyətinin bu ölkəyə səfərini geniş işıqlandırıb.
AZƏRTAC xəbər verir ki, bu ölkənin nüfuzlu “Hungary today” onlayn nəşri iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının bu həftə Budapeştdə keçirilmiş yeddinci plenar iclası barədə informasiya yerləşdirib. (см.: https://hungarytoday.hu/hungary-could-import-gas-from-azerbaijan-from-2023/). Azərbaycan nümayəndə heyətinə Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev başçılıq edib.
Yazıda qeyd edilir ki, hökumətlərarası komissiyanın iclasının yekunlarına görə, Macarıstanın artıq 2023-cü ildən Azərbaycandan qaz idxal edə bilər. Yazıda Macarıstanın Xarici İşlər və Ticarət Naziri Piter Siyyartonun “Azərbaycandan 1-2 milyard kubmetr təbii qaz ölkənin enerji təhlükəsizliyinin təmin edilməsinə ciddi kömək edərdi” sözlərini sitat gətirib.