Mərkəzi Seçki Komissiyasının iclasında bu gün keçirilən daha bir Seçki Dairəsi üzrə daxil olmuş müraciətlərə baxılıb.
APA-nın məlumatına görə, müzakirələrin yekununda 108 saylı Ağstafa Seçki Dairəsi üzrə müraciətlərin araşdırılması üçün müvafiq Dairə Seçki Komissiyasına göndərilməsinə qərar verilib.