https://525.az/img/pics/medium/2023-04/263333_b6bcw5udnj.jpg Kamil Vəli Nərimanoğlunun son arzuları - Əli Şamil yazır
https://525.az/img/pics/medium/2022-02/217791_39zaqiclvy.jpg Paris-Afina-Tbilisi-İrəvan marşrutu ilə Fransadan Ermənistana silah-sursat - Sosial şəbəkədə yazılanlar
https://525.az/img/pics/medium/2023-10/289144_y5l42v7hbi.jpg İrəvanda anadilli mətbuatımızın təməl daşı: 110 yaşlı "Ləklək"
https://525.az/img/pics/medium/2024-03/307218_8ptmqq5r42.jpg Təbib olsam...
search
19 Mart 2024
18 Mart 2024

“Tokio-2020” Olimpiya Oyunları ilə bağlı oyuncaqlar satışa çıxarılıb

“Tokio-2020” Olimpiya Oyunları ilə bağlı oyuncaqlar satışa çıxarılıb

Beynəlxalq Olimpiya Komitəsi (BOK) ilə ABŞ-ın “Mattel” oyuncaq şirkəti arasında imzalanan razılaşmaya əsasən, “Tokio-2020” Yay Olimpiya Oyunlarına həsr olunun oyuncaqların ilk partiyası satışa çıxarılıb.

AZƏRTAC BOK-un saytına istinadla xəbər verir ki, şirkətin kolleksiyasında “Barbi”, “Hot Wheels və UNO” markasından olan nadir məhsullar üstünlük təşkil edir.

“Mattel” şirkəti BOK və “Tokio-2020” Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsi ilə birgə əməkdaşlıq çərçivəsində məhsul istehsalına başlayıb. Satışa çıxarılan “Barbi” gəlincikləri Olimpiya proqramına daxil edilən beş yeni idman növünü - beysbol (softbol), idman dırmanması, karate, skeytbord və sörfinqi təcəssüm etdirir.

“Hot Wheels” avtomobillərinin təkərlərində yüngül atletika, gimnastika, üzgüçülük, basketbol və çimərlik voleybolu, eləcə də Olimpiya Oyunlarının proqramına yeni daxil edilən beş idman növünün adları qeyd olunub.

UNO kartları isə “Tokio-2020” Olimpiya Oyunlarının rəmzlərinə uyğun xüsusi dizaynı ilə diqqət çəkir.

BOK-un televiziya və marketinq xidmətləri üzrə icraçı direktoru Timo Lumme və “Mattel” şirkətinin təmsilçisi Canet Hsu tərəflər arasındakı əməkdaşlığı yüksək qiymətləndirirək, bu hadisənin idman və Olimpiya hərəkatına töhfə verəcəyini qeyd ediblər.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.