|
|
|
|
Bakı-Alanya marşrutu üzrə uçan və Ankarada məcburi eniş edən sərnişin təyyarəsi Alanyaya yola salınıb.
"Buta Airways" aviaşirkətindən "APA-Economics"ə verilən məlumata görə, təyyarə Bakı vaxtı ilə saat 16:51-də Ankaradan Alanyaya yola düşüb.
Qeyd edək ki, bu gün Alanyanın hava limanında (GZP) qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq "Buta Airways"in saat 07:39-da Bakıdan yola düşən J2 9111 nömrəli aviareysində hava gəmisinin kapitanı Ankaranın Esenboğa hava limanına (ESB) məcburi eniş etmək qərarı alıb. Reys Bakı vaxtı ilə saat 11:08-də Ankarada uğurlu eniş edib.