|
|
|
|
Suriyanın Türkiyə ilə sərhəddə Azmarın qəsəbəsini bombalaması rəsmi Ankaranı hərəkətə
keçirib.
525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Suriya hava məkanında Türkiyənin iki təyyarəsi görünüb. Ötən gün qəsəbədə bomba partlaması xəbəri Türkiyəni ciddi addımlar atmağa məcbur edib.
Suriya müxalifətinin və Bəşər Əsəd tərəfdarlarının qarşıdurması Türkiyənin sərhəd bölgələrinə də təsirsiz ötüşmür. Bu haqda Türkiyənin baş qərargah rəhbəri Necdət Özəl açıqlama verib: “Suriya bombaları Türkiyə sərhədlərini aşarsa biz Əsəd rejiminə daha sərt reaksiya verəcəyik”.
Qeyd edək ki, Azmarın və digər qonşu ərazilər uzun müddətdir ki, Əsədlə onun əleyhdarlarının münaqişələrinə səhnə olub.
Nigar Məhərrəm