|
|
|
|
Türkiyə koronavirusla əlaqədar İranla sərhəd-keçid məntəqələrini müvəqqəti bağlayıb.
APA-nın Türkiyə bürosunun məlumatına görə, bunu bu gün Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
F. Qoсa deyib ki, bu gün yerli vaxtla saat 17.00 etibarı ilə sərhəd-keçid məntəqələri müvəqqəti bağlanıb, İrandan Türkiyəyə avtomobil və qatarların hərəkəti dayandırılıb. Türkiyədən İrana səfərlər isə davam edəcək: "İranla sərhəddə Ağrı-Gürbulaq, Hakkari-Esendere ve Van-Kapıköy sərhəd-keçid məntəqələri, bunudan əlavə İğdırdan Naxçıvan bölgəsinə açılan Dilucu sərhəd-keçid məntəqəsi var".
Səhiyyə naziri nəzərə çatdırıb ki, İran və Türkiyə arasında təyyarə uçuşları isə bu gün saat 20.00-dan dayandırılır və Türkiyə İrandan təyyarə qəbul etməyəcək.
Qeyd edək ki, İranda koronavirusla bağlı ölənlərin sayı 8 nəfərə çatıb.
Türkiyədən başqa, İraq, Pakistan və Türkmənistan da İranla sərhədlərini bağlı elan edib.