Azərbaycanda növbəti il və sonrakı üç il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələrinin parametrlərinə dair məlumatlar Milli Məclisə təqdim edilənədək açıqlanacaq.
APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Açıq hökumətin təşviqinə dair 2020–2022-ci illər üçün Milli Fəaliyyət Planı”da əksini tapıb.
Sənədə əsasən, Maliyyə Nazirliyi 2020–2022-ci illərdə növbəti il və sonrakı üç il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələrinin parametrlərinə dair məlumatların rəsmi internet səhifəsində yerləşdirilməsini təmin etməlidir.
Maliyyə Nazirliyinə 2020-2022-ci illərdə Azərbaycan Respublikasının xarici dövlət borcu barədə məlumatların rəsmi internet səhifəsində açıqlaması da tapşırılıb.