https://525.az/img/pics/medium/2024-03/308264_kym7092gvt.jpg “525-ci qəzet”in 29 mart sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2023-12/296969_e268vukrxl.jpg Böyük Qayıdış: uğurla gerçəkləşən taleyüklü proqram
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2023-09/284652_pdttwsp03a.jpg "Sıfırı yeddinin yanından silin..." - Lətif Şüküroğlu yazır
search
29 Mart 2024
28 Mart 2024

Mircavadov: "Əcnəbi mütəxəssislər birinci pulu düşünürlər"

Mircavadov: "Əcnəbi mütəxəssislər birinci pulu düşünürlər"

Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadovun Qol.Az saytına müsahibəsi

- Vaxtilə işlədiyiniz "Xəzər Lənkəran" klubunda işlər heç də yaxşı getmir, son dövrlər komandada tez-tez baş məqşçi dəyişikliyi olur. Son olaraq isə tanınmış mütəxəssislərdən olan Con Toşak istefa verdi. Bütün bunlar haqda fikirlərinizi bilmək istərdik.

- Əslində hansısa klubun işinə qarışmaq istəmirəm. Ancaq tez-tez baş məşqçi dəyişikliyi yaxşı deyil. Azərbaycanda bir məşqçini dəvət edəndə hərtərəfli fikirləşmək lazımdır. Avropada məqşçinin karyerasına baxıb onu işə dəvət etmək olar. Ancaq bizdə başqa amillərə də fikir vermək vacibdir. Təəssüf ki, biz fikirləşmədən, tələsik mütəxəssisin adına görə onu dəvət edirik. Ona görə də belə nəticələr olur. Con Toşak yaxşı mütəxəssislərdən biri idi. Ancaq nəyəsə görə onda alınmadı. Ola bilər ki, o, bizim mühitə uyğunlaşmadı. Baş məqşçi mühitə həm özü tez alışmalıdır, həm də legionerləri komandaya uyğunlaşıdrmalıdır. Bizim klub rəhbərləri isə buna fikir vermirlər, baş məşqçinin adına uyğun hərəkət edirlər.

- Toşakı türkiyəli mütəxəssis Mustafa Dənizlinin əvəzləyəcəyi dəqiqləşib. Klubun bu seçiminə münasibətiniz necədir?

- Ona uğurlar arzulaya bilərəm. Ancaq dediyim kimi titullara fikir vermək lazım deyil. Əsas odur ki, Dənizli Lənkəranda işləyə bilsin, buranın mühitinə uyğunlaşsın.

- Ölkəmizdə işsiz yerli mütəxəssislər olduğu halda əcnəbi baş məşqçinin gətirilməsinə necə baxırsınız?

- Azərbaycanda qəribə bir hal yaranıb, yerli mütəxəssislərimizə klublar inanmır. Ancaq tarixi vərəqləsək, görərik ki, 1960-cı ildən indiyə qədər qazandığımız bütün uğurlar yerli məşqçilərin adı ilə bağlıdır. Buna baxmayaraq, yerli mütəxəssislərə qayğı, istək  çox aşağı səviyyədə olub. Bu, mənə həddindən artıq çox təsir edir.

- Əcnəbilər gəlib yüksək pul müqabilində işləyib, heç bir nəticə qazanmadan gedirlər. Türkiyə mətbuatı Mustafa Dənizlinin "Xəzər Lənkəran"da 6 milyon qazanacağını yazıb...

- Mən həmişə demişəm ki, üstünlüyü yerli məşqçilərə vermək lazımdır. Ancaq ən əsası odur ki, yerli məşqçilərə inanmaq və şərait yaratmaq lazımdır. Heç vaxt bizim mütəxəssilərə maliyyə şəraitini yaratmayıblar. Azərbaycanda "kişi sözü" ifadəsi var. Biz belə söz verib işləyirik. Ancaq görürsünüz ki, xarici mütəxəssislər birinci maliyyə tərəfini düşünürlər. Əsas odur ki, komandanı bir ailə kimi formalaşdırasan. Bunu da yerli məqşçilər bacara bilər.

- "Xəzər Lənkəran" klubununun ən yaxşı dövləri sizin baş məşqçi olduğunuz zaman olub. Komanda yeganə çempionluğunu da sizinlə qazanıb. Bu mənada klubdan təklif gözləyirdiniz?

- Açığı, bu haqda maraqlanmırdım. "Xəzər Lənkəran" yaranan gündən iddialı olub və bu gün də bunu davam etdirir. Düzdü, az-çox uğuru mənim dövrümdə qazanmışdıq. İstəyim o idi ki, "Xəzər Lənkəran"ın futbol akademiyası yaradılsın. Ancaq bu mənə qismət olmadı. İndi də klub prezidenti Mais Mənsumovla görüşəndə bu haqda deyirəm. "Xəzər Lənkəran"ın aşağı yaş qruplarını inkişaf etdirmək lazımdır. Komandanın uğur qazanmasında əsas amillərdən biri yerli futbolçuların olmasıdır. Bunun üçün də gənc futbolçularla çox çalışmaq lazımdır. Bu qayğı ilə də baş məşqçi məşğul olmalıdır. 

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.