https://525.az/img/pics/medium/2024-04/311395_vptuc1dqol.jpg “525-ci qəzet”in 26 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311278_p19wpbj2do.jpg "Məktəblinin dostu": uğurlu təşəbbüs, faydalı addımlar
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2023-04/264913_2ykhis7lo6.jpg 42 illik ömrün ictimai uğurları və şəxsi faciələri - Misir Mərdanov yazır
search
25 Aprel 2024

AFFA-dan “Neftçi”nin iki futbolçusuna ağır cəza

AFFA-dan “Neftçi”nin iki futbolçusuna ağır cəza

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Qol.Az-ın məlumatına görə, iclasda Topaz Premyer Liqasının on dördüncü turunun oyunlarında baş verən hadisələrlə bağlı qərarlar verilib.

Topaz Premyer Liqasının XIV turunun “Qəbələ” – AZAL oyunun 33-cü dəqiqəsində “Qəbələ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub.

Topaz Premyer Liqasının XIV turunun “Bakı” – “Xəzər Lənkəran” matçı başa çatdıqdan sonra “Xəzər Lənkəran” klubunun baş məşqçisi Con Toşak oyunsonrası keçirilən mətbuat  konfransında iştirak etmədiyi üçün klub 1000 manat cərimə olunub.

Topaz Premyer Liqasının  XIV turunun “İnter” – “Neftçi” matçında “Neftçi” klubunun 4, “İnter” klubunun 5  futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 1000 manat cərimə olunub.

Oyununun 63-cü dəqiqəsində “Neftçi” klubunun futbolçusu Flavinyo aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanıb, klub 2000 manat cərimə olunub.

Oyun başa çatdıqdan sonra “Neftçi” klubunun futbolçusu Denis Silva Kruzun “İnter” klubunun futbolçusu Meza Kolli Derlisə qarşı aqressiv hərəkətinə görə futbolçu 3 oyunluq cəzalanıb, klub 3000 manat cərimə olunub.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.