https://525.az/img/pics/medium/2024-04/311395_vptuc1dqol.jpg “525-ci qəzet”in 26 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311278_p19wpbj2do.jpg "Məktəblinin dostu": uğurlu təşəbbüs, faydalı addımlar
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2023-04/264913_2ykhis7lo6.jpg 42 illik ömrün ictimai uğurları və şəxsi faciələri - Misir Mərdanov yazır
search
26 Aprel 2024
25 Aprel 2024

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Beynəlxalq Şahmat Federasiyasının 90-cı konqresində iştirak edib

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Beynəlxalq Şahmat Federasiyasının 90-cı konqresində iştirak edib

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov Beynəlxalq Şahmat Federasiyasının Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən 90-cı konqresində iştirak edib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, konqresdə “Şahmat Tacı” uğrunda keçiriləcək final oyununun yeri və təxmini tarixi açıqlanıb. Final görüşünün Dubayda “Expo-2020” çərçivəsində keçiriləcəyi və dekabr ayının sonlarında başlanılacağı məlum olub. Beynəlxalq Şahmat Federasiyasının ümumi yığıncağında yeni Nizamnamə təsdiq edilib. Konqresdə federasiyaya yeni üzvlər də qəbul olunub. Bunlar Çad, Ekvatorial Qvineya, Kayman adaları, Qrenada, Sent-Lyusiya, Sent Kits və Nevis federasiyalarıdır. Bununla da üzv ölkələrin sayı 195-ə çatdırılıb. Beləliklə, Beynəlxalq Şahmat Federasiyası hazırda dünyada ən çox üzvə malik dördüncü idman federasiyası olub.

Konqresdə bu il oktyabr ayında Naxçıvan şəhərində keçiriləcək on altı yaşadək şahmatçılar arasında Ümumdünya Şahmat Olimpiadası ilə bağlı məsələlər də müzakirə edilib.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.