|
|
|
|
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda təcrübəyə gələn tələbələrlə ilkin tanışlıq olub.
Bakı Avrasiya Universitetinin bir sıra tələbələrinə institut və təcrübə proqramı haqqında məlumat verilib. "Filologiya - Azərbaycan dili və ədəbiyyatı" fakültəsinin təcrübəçi müəllimi Zəminə Rüstəmbəyli də tədbirdə iştirak edib.
Tədbiri giriş sözü ilə Təhsil şöbəsinin müdiri, sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov açıb. O, çıxışında bildirib ki, tələbələrin təcrübə zamanı birbaşa əməkdaşlıq edəcəkləri şöbə Təhsil şöbəsi olacaq. Əlavə edib ki, Bakı Avrasiya Universiteti ilə ötən ildən bu sahədə əməkdaşlıq edilir və tələbələr təcrübə zamanı təşkil olunan konfransda yaxşı iştirak ediblər.
Sonra İnstitutun direktor müavini, filologiya elmləri doktoru, dosent Əlizadə Əsgərli çıxış edərək bu təcrübənin tələbələr üçün əhəmiyyətindən bəhs edib. Həmçinin, İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli "Elmi kadrlar" Milli İnformasiya Sistemində İnstitutun bazasının formalaşdırılması haqqında məlumat verərək tələbələrin bu barədə suallarını cavablandırıb.
Sonda tələbələrə təhkim olunduqları şöbələr haqqında məlumat verilib.