Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Icevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Ağdam rayonunun işğal olunmuş Şirvanlı, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Daşkəsən rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən 525.az-a daxil olan məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.