Astarada və Ağstafada qadın və kişi meyitləri tapılıb.
Rayon prokurorluqlarından Trend-ə verilən məlumata görə, 1948-ci il təvəllüdlü Mehriban Kərimovanın meyiti Astara şəhərində yaşadığı evdə tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib.
1949-cu il təvəllüdlü Qəzənfər Bəyimovun meyidi Ağstafa rayonu Sadıxlı kəndi ərazisində tapılıb.
Hər iki faktla bağlı rayon prokurorluqlarında araşdırma başlayıb. Meyitlər ilkin müayinə üçün ekspertizaya təqdim olunub.