|
|
|
|
Bu günlərdə şair Xosrov Natilin "İydə ətirli ada" adlı kitabı çapdan çıxıb.
"Aqro Natil"in dəstəyi ilə "Ekoprint" nəşriyyatında çap edilən albom kitabın ilk səhifələri "İydə ətirli ada" yazısıyla Abşeronun böyük arxipeloquna - Çilov adasına səyahətlə açılır. Bu səyahətin bələdçisi - ekskursantı da, seyrçisi də, yaşıllıqların salınmasında yaxından iştirakçısı olduğunu bildirən müəllif təvazökarlıq etmədən "indinin özündə də hər qarış torpağında əl izimin olmasından qürur duyuram" deyir.
Kitabda şair Xosrov Natilin "Ada, dəniz, göy üzü və külək" şeirlər silsiləsindən verilmiş parçalar əsas yer tutur. Rəngli fotoşəkillərlə bəzədilmiş vərəqlərə paylanan poetik misralar - Çilov adasının rəngarəng təbiəti, fədakar insanları haqqında yazılan şeir nümunələri, dəniz və "göyüzünün göysü göyü" haqqında poetik fikirlər kitabı daha da oxunaqlı edir.
Kitabın redaktoru Azər Abdulla, tərtibat və bəzi şəkillərin müəllifi Gülnarə Rəfiqdir.