Dünən ölkə ərazisində baş verən 18 yol qəzasında 6 nəfər ölüb, 23 nəfər yaralanıb. Baş Dövlət Yol Polisi İdarəsindən ANS Press-ə verilən məlumata görə, müxtəlif yerlərdə baş verən qəzalarda 23 nəfər yaralanıb.
Ölümlə nəticələnən qəzalar Zaqatala, Daşkəsən, Goranboy, Ucar, Şəmkir, Tərtər rayonlarında qeydə alınıb. Bakıda baş vermiş 6 yol qəzasında isə 8 nəfər xəsarət alıb.