https://525.az/img/pics/medium/2024-04/310144_cbvmt6qy3x.jpg “525-ci qəzet”in 16 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2024-04/310044_m0u195wue2.jpg Azərbaycan "yaşıl enerji" sahəsində yüksək beynəlxalq nüfuz qazanıb
https://525.az/img/pics/medium/2024-04/310090_xmw6ilx7l6.jpg "Səməd Vurğunun portreti" - "Bir rəsmin dedikləri"
search
16 Aprel 2024
15 Aprel 2024

Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin birgə bəyanat yaydılar

Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin birgə bəyanat yaydılar

Yaponiyanın Baş naziri Sindzo Abe Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxa bütün dünyanı cənginə almış koronavirusun (Covid - 19)  yarada biləcəyi təhlükə  ilə bağlı Tokio 2020 Yay Olimpiya oyunlarının növbəti, 2021-ci ilə keçirilməsi barədə təklif irəli sürmüş və qarşı tərəfdən müsbət cavab alıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan müstəqilliyi dövründə Olimpiya oyunlarında daim fəal iştirak edən və nəticə etibarı ilə  ön sıralarda yer almış ölkələrdəndir. İdmançılarımızın  oyunlara hazırlığı mühüm əhəmiyyət kəsb edərək, daim  xüsusi proqram əsasında aparılıb.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, oyunların 2021-ci ildə (ay dəqiq deyil) keçirilməsi ilə bağlı aşağıdakı tədbirlər həyata keçiriləcək:

- oyunların başlanmasına qalan 1 il  ərzində hazırlığın öncədən işlənilmiş sistem əsasında aparılması;

-2020-ci ildə  hazırlığın  ən yüksək pilləsinə  çatmış  idmançıların  2021-ci ilə kimi  formada qalmaları üçün nəzarət proqramının sistemli şəkildə davam etdirilməsi;

- federasiyalar tərəfindən ehtiyatda olan idmançıların siyahısının hazırlanması;

- gənc və perspektivli idmançılarla işin gücləndirilməsi;

- karantin müddətinin davam etdiyi zamanda idmançıların səhhəti öncədən yoxlanılıb testdən keçirildiyindən sonra xüsusi şəraitdə, nəzarət altında təlim məşq toplantılarının davam etdirilməsi.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.