"Azərbaycan Dəmir Yolları" QSC sərnişinlərin müraciətlərini nəzərə alaraq Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarların qrafikində dəyişiklik edib.
Bu barədə 525.az-a qurumdan məlumat verilib.
Bildirilib ki, məqsəd karantin müddətində qatarların hərəkət cədvəlinin fəaliyyəti zəruri olan müəssisələrin əməkdaşlarının iş saatı ilə uyğunlaşdırılması və vətəndaşların gediş-gəlişinin daha səmərəli təşkilidir.
Sözügedən dəyişiklik aprelin 7-dən karantin müddəti bitənədək qüvvədə olacaq