"Gün ərzində icra edilən testlərin sayı 3 000-4 000 arasıda dəyişir".
“Report” xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, müraciətlərin sayına və işləyən cihazların dezinfeksiyasına görə müəyyən fasilələr olur:
“Azalma baş verməməsi üçün əlavə resurslar cəlb etmişik və kadrlar hazırlanıb. Biz laboratoriyalarımızın artmasına görə hədəfi 5 000-ə çatdıracağıq”.