525.az-a daxil olan məlumata görə, Yüksel Değercanın Xarici Yayımlar Departamentinə sədr müavini təyin edilməsindən sonra TRT Bakı Təmsilcisi vəzifəsinə Əmrah Timuçin Yazıçı təyin edilib.
Əmrah Timuçin Yazıçı iki ildir ki, TRT-nin Bakı Təmsilçiliyində müxbir olaraq fəaliyyət göstərir. İki il müddətində ölkəmizin bölgələrində çəkilişlər aparan Əmrah Timuçin Yazıçı bir çox xəbərlər və proqramların müəllifi olub.
“Mən özümü xarici ölkədəki kimi hiss etmirəm, Azərbaycan mənim iki vətənimdən biridir”- deyən TRT Bakı Təmsilçiliyinin gənc numayəndəsi, “Türkiyə və Azərbaycan arasında media sahəsində mövcud olan əlaqələrin inkişaf edərək daha da yüksələcəyini” bildirib.
Ailəli və bir övlad sahibi olan Əmrah Timuçin Yazıçının qızı da bu il Bakıda dünyaya gəlib.