Prezident İlham Əliyev UEFA-nın prezidenti Mişel Platinini qəbul edib.
525.az-ın Prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə FİFA U-17 qadınlararası futbol üzrə dünya çempionatının Azərbaycanda yüksək səviyyədə təşkil olunmasından məmnunluq ifadə edildi, yarışların ölkəmizdə böyük maraqla izlənildiyi bildirildi.
Görüşdə, həmçinin Azərbaycanda idmanın bütün növlərinin, o cümlədən futbolun inkişaf etdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin önəmi vurğulandı.