|
|
|
|
Fransanın Azərbaycandakı səfiri Zakari Qros COVID-19 pandemiyası dövründə Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında danışıqların aparılmasını təqdir edib.
APA-nın xəbərinə görə, bu barədə Fransa səfiri “Twitter”də bildirib.
“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların hətta COVID-19 pandemiyası dövründə də davam etməsi yaxşı haldır”, - deyə, Z. Qros vurğulayıb.
Xatırladaq ki, bu gün Azərbaycan və Ermənistan XİN başçılarının video-konfrans formatında görüşü keçiriləcək.