Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ölkədə elmi işlərin tərcümə edilməsi üçün xüsusi qrupun yaradılmasını təklif edir.
Lent.az-ın məlumatına görə, bu barədə AMEA-nın vitse-prezident Tofiq Nağıyev bildirib. Onun sözlərinə görə, Azərbaycan alimləri bir çox mövzularda maraqlı məqalələr, materiallar yazsalar da, onların rus, ingilis və xarici dillərə tərcüməsi olduqca zəif olur: “Xarici ekspertlər, mütəxəssislər həmin mətnə qiymət verəndə çox vaxt 1-ci, 2-ci cümlədən sonra onları başa düşmürlər. Bizdə material sözbəsöz tərcümə edilir. Amma bəzi sözlər tərcümə edildikdə baş düşülmür. Ona görə də tərcümə materiallarına çox mühüm fikir verilməlidir. Elmin İnkişafı Fondu tərəfindən tərcüməçilər qrupu yaradılsın və onlara əlavə qrantlar ayrılsın ki, tərcümə materialları da adekvat olsun. Çox əfsuslar olsun ki, humanitar elm mütəxəssisləri materialları öz dilimizdə yazırlar, amma onların hətta rus dilinə tərcümə edilməsində çətinlik çəkirlər. Ona görə də biz hazırladığımız materialları özümüz yazıb oxuyuruq və bunları çatdıra bilmirik. Əgər problemləri dünya ictimaiyyətinə çatdırmasaq, həll edə bilmərik”.