Bu il dövlət büdcəsindən təhsilə ayrılan ümumi xərclərin miqdarı 1 milyard 511 milyon 537 min 213 manat təşkil edib.
Bu barədə 525.az-a təhsil naziri Misir Mərdanov məlumat verib.
Nazir bildirib ki, ötən il büdcədən təhsilə 1 milyard 268 milyon 528 min 881 manat vəsait ayrılmışdı:
“Sevindirici haldır ki, ildən ilə dövlət büdcəsindən təhsilə ayrılan vəsaitin miqdarı artırılır. Bu il büdcədən təhsilə ayrılan investisiya xərcləri isə 420,9 milyon manat olub. 2011-ci ildə bu xərclər 273,2 milyon manat idi”.
S.QARAYEVA