https://525.az/img/pics/medium/2024-03/308264_kym7092gvt.jpg “525-ci qəzet”in 29 mart sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2023-12/296969_e268vukrxl.jpg Böyük Qayıdış: uğurla gerçəkləşən taleyüklü proqram
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2023-09/284652_pdttwsp03a.jpg "Sıfırı yeddinin yanından silin..." - Lətif Şüküroğlu yazır
search
29 Mart 2024
28 Mart 2024

İngiltərədə oyunların 90 dəqiqədən az olması nəzərdən keçirilir

İngiltərədə oyunların 90 dəqiqədən az olması nəzərdən keçirilir

İngiltərə Premyer Liqasında oyunların vaxtı dəyişdirilə bilər.

Apasport.az saytının məlumatına görə, bunu İngiltərə Peşəkar Futbolçular Assosiasiyasının rəhbəri (PFA) Qordon Teylor açıqlayıb.

O bildirib ki, koronavirus pandemiyası üzündən dayandırılan 2019/20 mövsümünün bərpası zamanı tətbiq olunacaq yeniliklər müzakirə edilir. Bu variantlardan biri 2019/20 mövsümündə oyunların 90 dəqiqədən az olması ilə bağlıdır: “Biz gələcəyin necə olacağını deyə bilmərik. Amma müxtəlif ideyaları - əvəzetmələrin çox olmasını, hər hissənin 45 dəqiqədən az təşkil etməsini, neytral meydanları nəzərdən keçirə bilərik. İdealda yarışların düzgünlüyünü qorumaq lazımdır. Bu na görə də biz ev və səfər matçlarının vacibliyindən danışırıq. Bundan başqa, komandaların heyəti yarış dayanmazdan öncəki kimi olmalıdır. Üzərində işləyə biləcəyimiz çox məqamlar var. Lakin ilk növbədə əmin olmalıyıq ki, mövsümü başa çatdıra və bunu təhlükəsiz vəziyyətdə edə bilərik”.

Qeyd edək ki, İngiltərə Premyer Liqasının oyunlarının iyunun 8-də bərpa olunması planlaşdırılır.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.