1997-2004-cü illərdə Azərbaycan Respublikasının Rabitə naziri vəzifəsində işləmiş Nadir Alı oğlu Əhmədov vəfat edib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi və kollektivi Nadir Alı oğlu Əhmədovun vəfatı ilə əlaqədar kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.
Xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.