Gürcüstanla Azərbaycanın sərhəd ərazisində iki zəlzələ baş verib.
525.az-ın Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə 3,6 bal gücündə olan birinci zəlzələ Balakən rayonunda yerli vaxtla saat 10:08-də baş verib.
5,7 bal gücündə ikici yeraltı təkanlar isə həmin rayonun ərazisində saat 15:13-də baş verib. Balakən rayonu ərazisində yeraltı təkanlar hiss olunub.