Finlandiya Respublikasının Prezidenti Sauli Niinistö Azərbaycan Prezidenti İlham Əliyevi Respublika Günü münasibətilə təbrik edib.
Təbrikdə deyilir:
"Zati-aliləri,
Azərbaycan Respublikasının qurulmasının 102-ci ildönümü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.
Zati-aliləri, xahiş edirəm, yüksək ehtiramımı qəbul edin".