Bu ilin 9 ayında Bakıda baş verən 756 yol qəzası nəticəsində 234 nəfər həlak olub, 831 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisələr 67, ölüm 5, xəsarət 10 fakt azalıb.
Hadisələrin 367-si (112 ölüm, 284 xəsarət) piyadaların vurulması, 247-si (76 ölüm, 387 xəsarət) toqquşma, 83-ü (26 ölüm, 96 xəsarət) maneəvurma, 27-si (10 ölüm, 33 xəsarət) aşma olub. Ötən dövdə qeydə alınan qəzaların 8-i (3 ölüm, 5 xəsarət) velosipedçinin vurulması olub. Ötən müddət ərzində 6 nəfərin ölümü, 46 nəfərin xəsarət alması ilə nəticələnmiş 50 yol qəzası bağlı qalıb. Ötən ilin müvafiq dövründə bu göstərici 84 (11 ölüm, 76 xəsarət) olub.