https://525.az/img/pics/medium/2024-03/308264_kym7092gvt.jpg “525-ci qəzet”in 29 mart sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2023-12/296969_e268vukrxl.jpg Böyük Qayıdış: uğurla gerçəkləşən taleyüklü proqram
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2023-09/284652_pdttwsp03a.jpg "Sıfırı yeddinin yanından silin..." - Lətif Şüküroğlu yazır
search
28 Mart 2024

Mahmud Qurbanov: "Millidə məşqçi olacağımı gözləmirdim"

Mahmud Qurbanov: "Millidə məşqçi olacağımı gözləmirdim"

Milli komandamızın yeni təyin olunmuş köməkçi məşqçisi Mahmud Qurbanovun Qol.Az saytına müsahibəsi

- Əvvəlcə Berti Foqtsun millimizin baş məşqçisi postunda qalmağına münasibətinizi bilmək istərdik.

- Buna normal baxıram. Çünki Foqts neçə illərdir Azərbaycandadır, artıq bizim futbolu və futbolçuları tanıyır. Məncə, Foqts qalmalı idi. Son seçmə mərhələdə millimiz qrupda 4-cü yeri tutdu. Bu, millimiz üçün yaxşı nəticə hesab edildi. Ona görə də Foqtsun vəzifəsində qalacağı gözlənilirdi.

- Milli komandamızda məşqçi vəzifəsinə təyin olunmağınız necə, gözlənilən idi?

- Kim ki, mənə etimad göstərib, sağ olsun. Buna görə Foqtsa və AFFA-ya təşəkkürümü bildirirəm. Açığı, bu təyinatı gözləmirdim. Yəqin yığmada çox oyun keçirməyimi və cavan məşqçi olmağımı nəzərə alaraq məni bu vəzifəyə layiq biliblər.

- Sizcə, Foqtsun qarşısına hansı şərtlər qoyulmalı idi ki, millimizdən daha yaxşı nəticələr görək?

- Hamı istəyər ki, növbəti ildə daha yaxşı nəticə göstərək. Bunu nəzərə alan AFFA da təbii ki, Foqts qarşısında müəyyən şərtlər qoyub. Məncə, millimizin daha yaxşı nəticə qazanması üçün lazım olan şərtlər Foqtsun qarşısına qoyulub. İnanıram ki, qarşıdakı seçmə mərhələdə daha yaxşı nəticə qazanacağıq.

- Foqts bildirib ki, komandanı "Avro-2016"ya hazırlayır. Sizcə, yığmamız buna qadirdir?

- Bu haqda daha dəqiq püşkatmadan sonra danışmaq olar. Hələ rəqiblərimzi bilmirik. Reallıq odur ki, top komandalarla düşsək, nəyəsə ümid etmək çətindir. Ancaq ortabab komandalarla mübarizə apara bilərik. Belə millilərdən xal almağımız rahat olar.

- Milli komandada əsas işinizin nədən ibarət olacağını bilirsiniz?

- Düzü, hələ bunu bilmirəm. Foqstla hələ görüşməmişəm. Ancaq baş məşqçi nə tapşırıq versə, biz də yerinə yetirməyə çalışacağıq.

- Hər halda çempionat oyunlarını izləməli olacaqsınız. Bilirik ki, hazırda da çempionatı izləyirsiniz. Artıq elə bir futbolçular varmı millinin ilk təlim-məşq toplanışında onları Foqtsa məsləhət görəsiniz?

- Əlbəttə ki, Foqts lazım bilsə, hər bir məlumatı ona verəcəm. Tanıdığım, oyununa yaxşı bələd olduğum futbolçuları baş məşqçiyə təklif edəcəm. Ancaq mən oyunları futbol üçün darıxdığımdan gedirdim. Yəni adi bir azarkeş kimi baxırdım.

- Ola bilərmi Foqtsun indiyədək milliyə çağırmadığı futbolçulardan bəzisini sizin təşəbbüsünüzlə yığmamızda görək?

- Həmişə demişəm ki, indiyədək milliyə çağırılan futbolçular ən güclülər olub. Yəni kim layiq olubsa, milliyə dəvət alıb. Uzağı nə vaxtsa bir nəfər nəzərdən qaça bilər. Ancaq daima yığmamızda ən yaxşılar oynayıb.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.