Fransanın Azərbaycandakı səfiri Zakari Qross Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyevlə görüşüb.
Bu barədə fransalı diplomat “Twitter”də bildirib.
“Tural Gəncəliyev və komandası ilə onun prioritetləri - hər şeydən əvvəl dialoqun təbliği və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair əla söhbətimiz oldu”, - deyə səfir qeyd edib.