https://525.az/img/pics/medium/2024-04/310692_5abc7kdlc5.jpg “525-ci qəzet”in 20 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2022-11/246659_5sdxtromrh.jpg Millətə xidmətin dəyərli nümunəsi: Abdulla Şaiqin "Türk çələngi"
https://525.az/img/pics/medium/2024-04/310544_k4ade02sjo.jpg Estetik əməliyyatlara maraq niyə artır?
https://525.az/img/pics/medium/2024-04/310611_o7476wf05i.jpg “O şəxslər himayədar ailə ola bilməzlər ki...”
search
20 Aprel 2024
19 Aprel 2024

İker Kasilyas federasiya prezidenti seçilməkdən imtina etdi

İker Kasilyas federasiya prezidenti seçilməkdən imtina etdi

İspaniya millisinin və "Real Madrid"in sabiq qapıçısı İker Kasilyas İspaniya Kral Futbol Federasiyasının (RFF) prezidenti seçilməkdən imtina edib.

"Report"un məlumatına görə, bu barədə 39 yaşlı keçmiş qolkiper şəxsi "Twitter" səhifəsində məlumat verib.

O bildirib ki, bu qərarı verməyinin əsas səbəbi İspaniyadakı sosial, iqtisadi və epidemioloji vəziyyətdir. Kasilyas deyib ki, buna görə seçkilər onun üçün arxa plana keçib:

"Ancaq bu qapını bağlamamışam. Seçkilərin ədalətli və açıq keçirilməsini istəyirəm".

Qeyd edək ki, İker Kasilyas RFF-in hazırkı prezidenti Luis Rubialeslə mübarizə aparmalı idi. Sabiq qapıçı "Real Madrid"in heyətində 5 dəfə İspaniya çempionluğu, 3 dəfə Çempionlar Liqası və 2 dəfə UEFA Super Kubokunu qazanıb. Ölkə yığmasının heyətində isə o, dünya və 2 dəfə Avropa çempionluğu əldə edib. Son olaraq Portuqaliya "Portu"sunda çıxış edən Kasilyas fevralda karyerasını bitirib.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.