https://525.az/img/pics/medium/2024-04/310435_zkxmp9jitt.jpg “525-ci qəzet”in 18 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/310432_mzsmdysfa8.jpg Ruhumuz, düşüncəmiz və ədəbiyyatımızda Şuşa möcüzəsi
https://525.az/img/pics/medium/2024-04/310396_jz446ev36m.jpg Naxçıvanın elmi, ədəbi və mədəni mühiti: aktuallığını itirməyən tədqiqat obyekti
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
search
17 Aprel 2024

İlin ən güclü idmançıları məlum oldu

İlin ən güclü idmançıları məlum oldu
Gənclər və İdman Nazirliyi 2013-cü ilin yekunlarına əsasən, Azərbaycanın ən yaxşı idmançılarını müəyyənləşdirib. Lent.az-ın əldə etdiyi məlumata görə, “10-luğ”a bu il ərzində dünya və Avropa çempionatlarında, Yay Universiadasında və İslam Həmrəyliyi Oyunlarında uğurla çıxış etmiş idmançılarımız daxil ediliblər.
 
Bunlar aşağıdakılardır:
 
1. Elxan Məmmədov – cüdo üzrə dünya çempionu
2. Məhəmmədrəsul Məcidov – boks üzrə Avropa və dünya çempionu
3. Cavid Çələbiyev – boks üzrə dünya çempionu
4. Xetaq Qazyumov – sərbəst güləş üzrə dünya çempionatının gümüş mükafatçısı
5. Teymur Məmmədov – boks üzrə Avropa çempionatının gümüş, dünya çempionatının bürünc mükafatçısı
6. Firudin Quliyev – ağırlıqqaldırma üzrə Yay Universiadasının qalibi, dünya çempionatının bürünc mükafatçısı
7. Radik İsayev – taekvondo üzrə dünya çempionatının bürünc mükafatçısı
8. İlham Zəkiyev – paralimpiyaçı cüdoçular arasında Avropa çempionu   
9. Orxan Səfərov – cüdo üzrə dünya çempionatının bürünc mükafatçısı
10. Rafael Ağayev – karate üzrə Avropa çempionu və İslam Həmrəyliyi Oyunlarının qalibi
 
Bundan başqa, şahmat üzrə kişilərdən ibarət Azərbaycan yığması “İlin komandası” sayılıb. Qaliblər dekabrın 23-də “Buta” sarayında mükafatlandırılacaqlar.
 
2012-ci ilin yekununda ən yaxşı “20-lik” müəyyənləşdirilmişdi. Bu, ötən ilin “İdman ili” elan edilməsi və London Yay Olimpiya və Paralimpiya Oyunlarında idmançılarımızın uğurla çıxış etmələri ilə bağlı idi.
 
Qeyd edək ki, daha öncə Elxan Məmmədov İdman Araşdırmalar Mərkəzinin idman jurnalistləri arasında keçirdiyi sorğu nəticəsində də İlin idmançısı, şahmat yığması isə İlin komandası seçilib.
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.