İlkin orta əsrlərdən bu tərəfə Azərbaycan ədəbiyyatı Füzulinin “Şikayətnamə”si də daxil olmaqla, dünyanın fənalığından yazıb, dövrandan şikayət edib və XIX əsrdə Vaqif ənənələrinin davamçısı olaraq, Qasım bəy Zakir yaradıcılığı həmin “ədəbi şikayətnamənin”, əgər belə demək mümkünsə, tam şəkildə milliləşdirilməsində ciddi rol oynayıb, yazılı ədəbiyyatın poetik şikayətini “Divan ədəbiyyatı”nın yuxarıda dediyim elitar oxucular monopoliyasından çıxararaq, kütlənin, indiki halda millətin anlayacağı dillə ifadə edib:
Qəzəl de ki, məşhuri-dövran ola,
istedadı var,
Aşiqi-sadiq mənəm,
Məcnunun ancaq adı var...