“Böyük rüşvət” əməliyyatı çərçivəsində oğlu həbs edilən Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan istefa verib.
Lent.az-ın türk mediasına istinadən xəbərinə görə, nazirin bu gün səhər istefa verdiyi bəyan edilib.
Qeyd edək ki, Z.Çağlayan Türkiyədə adı korrupsiyaya qarışan 3 nazirdən biridir. Z. Çağlayanın oğlu ilə birlikdə daxili işlər naziri Muəmmər Gülər və şəhərçilik naziri Ərdoğan Bayraqdarın da oğulları həbs edilib.