Suriyanın hərbi təyyarələrinin Türkiyə hava məkanında uçuşuna qadağa qoyan rəsmi Ankara bu ölkəyə qarşı daha sərt addım atıb.
525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, rəsmi Ankara Suriyanın sərnişin təyyarələrinin də bu ölkənin hava məkanında uçuşuna qadağa qoyub. Ötən gün Konyada təşkil olunan konfransda iştirak edən Türkiyənin Xarici İşlər naziri Əhməd Davudoğlu jurnalistlərə Türkiyə hava yollarının Suriya təyyarələri üçün qapalı olmasının səbəbini belə izah edib:
"Bu həftə Türkiyə hava məkanında Suriyanın sərnişin təyyarəsi yerə endirilib. İçərisində 30 sərnişin olan təyyarədə silah-sürsatlar da aşkar edilib”.
Xarici işlər naziri Suriya təyyarələrinin Türkiyə səmalarında uçuşunu qadağan edən qanunun baş verən olaydan qaynaqlandığını deyib: "Öz ölkəsinə müharibə edən dövləti dəstəkləyə bilmərik. Bunu öncə də bəyan etmişdik. Rəsmi Ankaranın bu addımına Suriya rəsmilərinin necə münasibət bildirməyi önəmli deyil”.
Nigar Məhərrəm