İyulun 1-i görkəmli kitabxanaşünas alim, professor Xəlil İsmayılovun doğum günüdür.
Bu münasibətlə Milli Kitabxananın əməkdaşları tərəfindən alimin həyat və fəaliyyətinə dair hazırlanan “Görkəmli kitabxanaşünas alim, professor Xəlil İsmayılov” adlı sərgi virtual rejimdə təqdim olunub.
Sərgidə rəsmi sənədlər, alimin fəaliyyətini əks etdirən fotolar, elmi məqalələri, kitabları, elmi redaktoru olduğu və haqqında kitabların elektron versiyaları təqdim olunur.
Virtual sərgidə tammətnli resurslar yerləşdirilib.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Xelil_Ismayilov/index.html linkindən istifadə edə bilərlər.