../img/pics/medium/166086_o2j55askgj.jpg "Heç vaxt atamın adına söykənmək istəməmişəm" - Mirhacib Məcid ilə müsahibə
../img/pics/medium/166075_hd9s9f0ify.jpeg “TurAZ Qartalı - 2020” təlimləri helikopterlərin iştirakı ilə davam edir - Video
../img/pics/medium/166066_j9evqbc54c.jpg Son 3 ayda ilk dəfə Azərbaycanda yoluxma sayı 100-dən az oldu
../img/pics/medium/166061_3o59eq4t3q.jpeg Birgə taktiki təlimlərin birinci mərhələsinə xüsusi təyinatlı bölmələr cəlb edilib - Video
SON XƏBƏRLƏR
10 Avqust 2020
9 Avqust 2020
8 Avqust 2020

Azərbaycan atleti dopinq səbəbindən London Olimpiadasında bir pillə irəlilədi

Azərbaycan atleti dopinq səbəbindən London Olimpiadasında bir pillə irəlilədi<b style="color:red"></b>

 Beynəlxalq Olimpiya Komitəsi (BOK) ağır atletika üzrə dünya çempionu Mete Binayla bağlı qərarını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, antidopinq qaydalarını pozan türkiyəli atletin London-2012 Yay Olimpiya Oyunlarındakı nəticələri ləğv edilib.

69 kq çəki dərəcəsində çıxış edən idmançı Böyük Britaniya paytaxtında 6-cı yeri tutub. Onun orqanizmində stenazalol aşkarlanıb. Nəticəsi ləğv olunan idmançıya təqdim olunan diplomun geri qaytarılması barədə Türkiyə Olimpiya Komitəsinə müraciət ünvanlanıb. BOK Binayla bağlı gələcək qərarları verməyi Beynəlxalq Ağır Atletika Federasiyasına (İWF) həvalə edib.

Türkiyəlinin nəticəsinin ləğvi London-2012-də bu çəkidə çıxış etmiş Azərbaycan idmançısı Sərdar Həsənovun da göstəricisinə təsir edib. Olimpiadada 8-ci yeri tutan atletimiz 7-ci yerə yüksəlib.

Qeyd edək ki, Binay 2010-cu ildə dünya və Avropa çempionu adını qazanıb.


 
Bölmənin digər xəbərləri
Ramil Şeydayev daha 1 il “Sabah”da çıxış edəcək Ramil Şeydayev daha 1 il “Sabah”da çıxış edəcək
"Sabah” klubu futbolçusu Ramil Şeydayevlə yeni müqavilə bağlayıb. ...
01.08.20
© 2012 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.