|
|
|
|
"Şəxsən mən ictimai nəqliyyatdan istifadə edirəm".
Hikmət Hacıyev əlavə edib ki, ictimai nəqliyyatdan istifadə edir.
Onun sözlərinə görə, metronun özünəməxsus xüsusiyyətləri var: “Ona görə də metronun fəaliyyəti dayandırılıb. Avtobusların fəaliyyəti ilə bağlı da müəyyən tədbirlər həyata keçirilib”.
Hikmət Hacıyev koronavirusa yoluxan məhkumların sayını da açıqlanıb.
O bildirib ki, 12 saylı cəzaçəkmə müəssisəsində 11 məhkumda, 14 saylı cəzaçəkmə müəssisəsində 5 məhkumda, 4 saylı cəzaçəkmə müəssisəsində isə 2 məhkumda testlərin nəticələri pozitiv çıxıb:
“Bu şəxslərdən ikisi vaxtından əvvəl şərti azadlığa buraxılıb və TƏBİB-ə təhvil verilib”.
Hikmət Hacıyev əlavə edib ki, Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərində də yoluxma halları müşahidə edilib.
Onun sözlərinə görə, səfirliklərin əməkdaşları arasında da yoluxma halları qeydə alınıb:
“Bundan əlavə, onların ailə üzvlərindən də yoluxanlar var. Buna baxmayaraq, Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri fəaliyyətini davam etdirir”.