https://525.az/img/pics/medium/2024-04/311395_vptuc1dqol.jpg “525-ci qəzet”in 26 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311278_p19wpbj2do.jpg "Məktəblinin dostu": uğurlu təşəbbüs, faydalı addımlar
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2023-04/264913_2ykhis7lo6.jpg 42 illik ömrün ictimai uğurları və şəxsi faciələri - Misir Mərdanov yazır
search
25 Aprel 2024

"Qəbələ" məşqçisi ilə yolları ayırdı

"Qəbələ" məşqçisi ilə yolları ayırdı

"Qəbələ" Futbol Akademiyasının məşqçisi Recep Yazıcı ilə yollarını ayırıb.
Qol.Az-ın xəbərinə görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

2009-cu ilin avqust ayından "Qəbələ"də çalışan türkiyəli mütəxəssislə başa çatan müqaviləsin müddəti qarşılıqlı razılıqla uzadılmayıb.

4 ildən çox müddətdə akademiyada çalışan Recep Yazıcı klubun saytına açıqlamasında bunları deyib:

"5 ilə yaxındır çalışdığım klubdan böyük qürurla ayrılıram. Qəbələdə çalışmaq - akademiyanın inkişafında rol oynamaq, Azərbaycan gəncliyinə xidmət etmək karyeramda dərin izlər buraxdı. Amma mən buradan ruhən ayrılmamışam, daim ürəyim yetirmələrimizin yanında olacaq. "Qəbələ" Futbol Akademiyasının bundan sonra da yalnız irəliyə doğru gedəcəyinə və Avropanın seçilən akademiyalarından birinə çevriləcəyinə heç şübhəm yoxdur. Sonda birlikdə çalışdığım bütün heyət üzvlərinə, sevimli futbolçularıma uğurlar arzulayır, onlara öz təşəkkürümü bildirirəm".

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.