“Avqustun 10-dək rezidentura və dövlət qulluğu ilə müəyyən təxirə salınan imtahanları keçirəcəyik”.
Bunu onlayn mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.
DİM sədri deyib ki, ondan sonra, avqustun 13-14-ü tarixlərində qəbul imtahanlarının keçirilməsi nəzərdə tutulub: “Keçirilniş bütün imtahanların nəticələri elan olunmalıdır. Avqustda 4 gün qəbul imtahanları keçirməyi nəzərdə tutmuşuq. Hazırda dəqiq tarixləri demək mümkün deyil, bunlar karantin rejimi ilə əlaqədar olan səbəblərdir”.